• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 04.11.2020 12:10

Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu məhv edilib

KepezTV Player

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir. Dünən günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılan Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib. Yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılan 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.