• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1666
— 01.11.2020 20:21

Fermerlərə 160 ton gübrə verilib

KepezTV Player

Samuxda payızlıq əkin üçün fermerlərə güzəştli şərtlərlə gübrələrin verilməsi davam edir. Artıq 500-dən çox fermerə 160 ton gübrə verilib. Paralel olaraq 200 tondan artıq arpa və buğda da torpaq mülkiyyətçilərinə paylanılıb.

Kənd təsərrüfatında bol məhsul götürmək üçün şumaltı, eləcə də səpinlə birlikdə gübrələrdən istifadə vacib sayılır. Əkin prosesində verilməyən gübrə isə maya dəyərini və məhsuldarlığı aşağı salır. Torpağa gübrəni vaxtında vermək üçün Samuxda fermerlər çətinlik çəkmirlər.

Rabil Əsgərov torpaq mülkiyyətçisi:Gübrə almaq üçün bura gəldim. Kartla gübrəni aldım. Fosfor turşusu, 311 kq-da buğda aldım. 3 ha sahəm var, oranın 2 ha-da buğda əkəcəm. 150 manatını  ödədim qalanını da kartdan çıxdı.

Ceyhun Məmmədov torpaq mülkiyyətçisi: 70 faiz gübrəmizi götürdüm. Yerdə qalan 30 faizinin isə pulunu götürdük. Bizə hansı gübrə lazımdır onu götürürük. Problem olmur hamısını vaxtl-vaxtında alırıq.

Bu günə qədər rayonda payzılıq əkin üçün 25 ton amonium nitrat, 10 ton amafos, 25 tondan çox nitro amafos və digər gübrələrin satışı həyata keçirilib. Verilən gübrələrin qiyməti isə 7-14 manat arasında dəyişir. Ötən ilə kimi gübrə yalnız Aqrolizinq-in xətti ilə əldə edilirdisə, artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən proses liberallaşdırılıb.

Rahil Həsənov Samux DAİM-in direktoru:Bu sahəyə maraq göstərən insanlar, 70-80 şirkət ölkəyə mineral gübrələrin gətirilməsini həyata keçirir. Artıq hər kənddə gübrə satışı məntəqələri formalaşıbdır.Bunun özü böyük imkan yaradır ki, insanlar öz sahələrindən çox da uzağa getmədən mineral gübrələri tapsınlar və istifadə etsinlər. Sözsüz ki, bu da sonda məhsuldarlığın əhəmiyyətli dərəcədə yüksəlməsi üçün təməl yaradacaq.

Mehdi Səmədov gübrə satan: Kənd təsərrüfatına aid olan bütün gübrələrimizdən var. Toxumlarda yenə yonca, arpa, buğda hamısı var. Hazırda amofos, amonim fosfor, nitroamofoska, azot və digər damlama gübrələrimiz var. Məhsul da Azərbaycan istehsalı da var, ən qabaqcıl ölkələrin gübrələri Polşa və yaxud da Avropanın digər ölkələrin də istehsalı var. Dövlətimizin xətti ilədir sağ olsun dövlətdə bütün fermerlərə yardımını göstərir.

Samux rayonunda 2200 torpaq mülkiyyətçisi payızlıq taxıl əkini üçün 10 min ha ərazidə şum aparıb. Əkilən torpağın hamısı suvarılan sahələrdir.  Torpaq mülkiyyətçiləri tərəfindən 1800 ha-da arpa, 1000 ha-a yaxın sahədə isə  buğda səpilib və səpin davam edir.

Elnur Vahidoğlu