• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 01.11.2020 12:08

10 yaşlı braziliyalı yığdığı pulu Azərbaycan əsgərinə göndərib

KepezTV Player

Azərbaycanın Braziliyadakı Səfirliyinə San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı uşaqdan “Əsgərə məktub” layihəsi çərçivəsində, Azərbaycan əsgərlərinə ünvanlanan məktub daxil olub. Marlon hərbçilərimizi salamlayaraq, onlara xoş arzularını çatdırıb. Şirniyyat almaq üçün ona verilən pullara qənaət edən balaca 30 realı, yəni 6 dolları da zərfin içinə qoyaraq əsgərlərimizə göndərib. Anası bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib. Məktubun sonunda "Bütün sevgi, hörmət və ehtiramımızı sizə göndəririk" sözləri yazılıb. Braziliyada 100 mindən artıq erməni yaşadığı halda heç bir vətəndaşımız, soydaşımız yaşamır və bu, sırf yerli insanlar tərəfindən Azərbaycan ordusuna dəstək vermək üçün atılan addımdır.