• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 30.10.2020 22:28

Polad Həşimov kitabxanası açılacaq

KepezTV Player

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olan general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək. Onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək. Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq. Bir neçə gün əvvəl Türkiyənin Bursa vilayətində Polad Həşimovun adını daşıyan parkın açılışı olub.