• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 23.10.2020 22:50

İran səfirindən sərhəd təbriki, 760 km-lik hissə tam nəzarətdədir

KepezTV Player

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla bütün sərhədinə nəzarəti bərpa etməsi münasibətilə rəsmi tvitter hesabında paylaşım edib. O, bu hadisənin önəmini vurğulayıb: “Hörmətli cənab Prezident! İran və Azərbaycan arasındakı təqribən 760 km olan həmsərhəd ərazilər, əcnəbilərin və pis niyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaq. İranlılar Azərbaycanın müsəlman qardaş və bacılarının sevincini bölüşür” -deyə tvitdə yer alıb.