• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 23.10.2020 22:17

Düşmənimiz təkcə erməni deyil

KepezTV Player

Müzəffər ordumuz qətiyyətlə irəliləyir və gün keçdikcə daha çox ərazini düşmən tapdağından azad edir. Elə bu əsnada hamılıqla zəfər xəbərlərinə sevinərkən baş verənlərin fonunda dünyanı cənginə alan pandemiya bir qədər unudulur. Halbuki hər gün açıqlanan statistik rəqəmlər olduqca böyük təhlükədən xəbər verir. Azərbaycanda koronavirusa yoluxanların sayında müşahidə olunan kəskin artım arxa cəbhədə olanlar üçün bir növ həyəcan təbili çalır.

"Covid-19" adlı düşmən pusquda

Şərifə Quliyeva terapevt:Ön cəbhədə mübarizə apardığımız görünən düşmən kimi arxa planda da görünməyən düşmənimiz var. Biz də müəyyən qədər arxaynlıq yarandı. Statistik rəqəmlər aşağı düşdü. Ona görə hər birimiz arxayn olduq ki, bu virusdan azad olduq. Amma bu o demək deyil. Əslində xalq arasında birliyimiz artdıqca, münasibətlərimiz daha da yaxınlaşdıqca və ön cəbhədəki qalibiyyətlərimiz bizi ruhlandırdıqca bu virusa qarşı fikrimiz, diqqətimiz kənarda qaldı. Bu günki gün qalibiyyət qazanmq üçün hər birimiz məsuliyyətli olmalıyıq.

Dövrün ən təhlükəli pandemiyası sayılan koronovirusun  simptomları, xəstəliyin gedişatı artıq hər kəsə bəllidir. Amma Covid-19 barədə kifayət qədər məlumatlı olmağımız da bizi xəstəlikdən sığortalamır. Ən azından bu günə olan yoluxma sayının 800-dən çox olması belə deməyə əsas verir. İndiki halda arzuolunmaz vəziyyət həm də, sözügedən xəstəliyi ciddi qəbul etməyən cəmiyyətin olmasıdır.

Novruz Əliyev sakin: Bütün dünya bundan qorxur. Ölkələrə nəzər salın. Görün nə qədər insan ölür. Ancaq bizimkilər deyir yox, yaxşıdı vəziyyət. Hər bir adam məsuliyyətlə yanaşmalıdır bu işə.

Nizami Zeynalov sakin:O həkimlər döyüşən əsgərlərə baxsın yoxsa burdakılara? Bu yaxşı olmaz. Odur ki, təmzilik qaydalarına riayət etmək lazımdır. Maskadan istifadə etmək, məsafə saxlamaq lazımdır. Maskanı taxmaq nə çətin bir işdir? Bizim insanlar buruna qədər taxır, üst tərəf açır qalır. Qələbəyə sevinib özümüzü itirməməliyik. Bu da bizim ikinci düşməndir. O açıq düşməndir, bu gizli.

Koronavirusa yoluxanların sayında azalma müşahidə olunarsa həkimlərimiz bütün gücünü ön cəbhədə olan əsgərlərə sərf edə bilər. Əslində bunun üçün bir qədər məsuliyyətli davranmaq, xəstəliyin simptomlarını gizlətməyib vaxtında həkimə müraciət etmək kifayət edir.

Şərifə Quliyeva terapevt:Əlamətlər vaxtında aşkar olunarsa yaxınlarımızdan təcrid olunub xəstəliyin geniş yayılmasının qarşısnı ala bilərik. Xəstəxanalarda artıq yerlərin tutulmasının qarşısını alarıq. Həkimlərimizin ikiqat əziyyət çəkməsinin qarşısı alınar. Bu dəqiqə hamımız, bütün xalq səfərbər olub. Çalışıb hər birimiz məsuliyyətimiz dərk etməliyik.

Arzu Abdullazadə klinik əczaçı:Mən məsləhət görərdim ki, qapalı yerlərdə, nəqliyyatda maskadan istifadə olunsun, əllərini mütəmadi yusunlar, məsafə saxlasınlar. Bununla biz nəinki özümüzü həm də cəbhədəki əsgərlərimizi qorumuş oluruq və tibb personalının arxa cəbhəyə axınının qarşısnı ala bilərik.

Müharibənin yalnız ön cəbhədə getmədiyi bir vaxtda düşmənin makro və ya mikro orqanizm olduğu heç bir əhəmiyyət daşımır. Odur ki, indi arxa cəbhədə koronayla mübarizə aparıb ön cəbhəyə yardım göstərməyin əsl vaxtıdır.