• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 23.10.2020 22:01

Düşmən tərəfindən işğal olunan təhsil müəssisələri

KepezTV Player

Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.Təhsil Nazirliyindən verilən məlumata görə, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib. İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb.