• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 22.10.2020 22:54

Birinci vitse-prezident Mehriban Əliyeva:Sübut edəcəyik ki, gücümüz birlikdədir!

KepezTV Player

Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm. Trend İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib ki, hər kəs hərəkətlərində və fəaliyyətində həmişəkindən daha çox həmrəydir. Azərbaycan xalqının dəstəyini əsgərlərimizin hiss etdiyini deyən birinci xanım gecə vaxtı, sakinlər yatarkən Gəncənin raket atəşinə tutulmasını insanlığa qarşı cinayət adlandırıb. “Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi” – deyə Mehriban Əliyeva bildirib. Son günlərdə koronavirusa yoluxanların sayında artımın müşahidə edildiyinə toxunan birinci vitse-prezident ordumuzun öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmağın vacibliyinə diqqət çəkib. “Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!” sitatın sonu.