• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 22.10.2020 22:50

Gəncə ilə bağlı kompaniyaya qoşulanların sayı artır

KepezTV Player

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Nizami Gəncəvinin şəhərini xilas edək” kampaniyasına tivtter şəbəkəsi üzərindən 2000-dən çox, feysbuk şəbəkəsi üzərindən isə 41000-dən çox istifadəçi qoşulub. Dünyanın 20 ölkəsindən 60-a yaxın nüfuzlu elm adamları və ziyalıları da kampaniyaya dəstək verib. Yekdil olaraq bildirilib ki, beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət etməyə məcbur etmək üçün bütün səylərini birləşdirməlidir.