• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 22.10.2020 20:56

Milli-mənəvi birliyin rəmzi - Xudafərin

KepezTV Player

Cəbhədən aldığımız ən gözəl xəbərlərdən biri də Cəbrayılda yerləşən Xudafərin körpüsünün işğaldan azad edilməsi oldu. O tarixi abidə ki, vaxtilə Azərbaycanın quzeyi ilə güneyini əlaqənləndirən yeganə vasitə olub. Və bu gün də mühim strateji mövqedə yerləşməsi ilə öz əhəmiyyətini qoruyub saxlayır.

Türkün tarixi hünərlərinin şahidinə çevrilən qədim tikili təsadüfi yerdə inşa olunmayıb. Onun həm coğrafi, həm də hərbi mövqedə yerləşməsi düşmənə tarix boyu göz dağı verib.

Bəxtiyar Məhərrəmov tarixçi:Xudafərin körpüsü milli qeyrətin, namusun simvoludur. İnsanlar oranı həmişə göz bəbəyi kimi qoruyublar. Adla sayıla bilən tarixi abidələrimizdən biridir ki, xalqımız onunla real fəxr edir. Çünki o həm böyük dövlətlərin qüdrətinin simvolu olub, həm böyük ticarəti, hərbi əməliyyatları görüb, həm də böyük müqavilələr görüb. Az bir şey deyil. Belə bir tarixi abidəni düşmənə qoyub getmək mümkün deyildi. Təsadüfi deyildi ki, Ali Baş Komandan, Azərbaycan ordusu hərbi əməliyyatları məhz o istiqamətdə apardılar. Bizim milli-mənəvi simvolumuz qayratmaq uğrunda döyüşü o istiqamətdə apardılar.

Milli memarlıq sənətinin ən gözəl nümunəsi hər bir azərbaycanlı üçün bu gün də öz mənəvi dəyərini qoruyur. 2016-cı ilin fevralında Azərbaycanla İran arasında imzalanan saziş də böyük tarixi əhəmiyyətə malik olduğunu bir daha sübut edir. Söhbət, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının, eləcə də su elektrik stansiyalarının tikinti planından gedir.

Ceyhun Məmmədov millət vəkili:Bu su elektrik stansiyası Azərbaycanın üçüncü böyük su elektrik stansiyası olacaq. Eyni zamanda, burada hidroqovşağın tikilməsi nəzərdə tutlur ki, bu da həmin ərazidə olan əkin sahələrinin suvarılmasına öz müsbət təsirini göstərəcək. Xudafərin Cəbrayılın son kəndlərindəndir, eyni zamanda bu Zəngilana, Qubadlıya açılan yolun üzərində yerləşir. Bu baxımdan da oranın xüsusi əhəmiyyəti var.  Cəbrayılın, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan öz sərhədlərinə nəzarət etmiş olacaq.

İstənilən halda,  strateji nöqtənin azad edilməsində əldə olunan ən mühim əhəmiyyət bundan sonra geri qaytarılacaq bütün rayon və kəndləri  ən qısa zamanda elektrik enerjisi ilə təmin etməkdir.

Teymur Abdullayev “Azərenerji” ASC-nin şöbə müdiri:Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xəttlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman payıayıcı elektrik şəbəkələrinin yaradılması planlaşdırılır. İşğaldan azad ediləcək bütün ərazilərdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirmə işləri ən sürətli şəkildə aparılır.

Təkcə elektrik istehsalı sferası üçün deyil, suvarma sistemləri üçün də qida mənbəyi rolu oynayacaq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları əlavə gəlirində əldə edilmnəsinə imkan yarada bilər.

Bəxtiyar Məhərrəmov tarixçi:‸Su elektrik stansiyasının inşası o deməkdir ki, sənin elektrik enerjin var. Elektrik enerjisi olan bir yerdə istənilən infrastruktarı yaratmaq asandır. Çox şey etmək asandır. Prezidentimizin dediyi kimi azad olunmuş ərazilər cənnətə çevrilməlidir.

Terror qruplaşmaları üçün düşərgəyə çevrilən Xudafərin körpüsü narkotik maddələrin dövriyyəsi, qaçaqmalçılıq kimi düşmənin bir çox çirkin niyyətlərinə şahid olub. Təkcə bu nümunələr əzəli topraqlarımızın yenidən Azərbaycanın nəzarətinə keçməsinin mühim əhəmiyyət daşıdığını anlamağa kifayət edir.