• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 14.10.2020 12:03

“France 24” Gəncədən reportaj yayımlayıb

KepezTV Player

Fransanın “France 24” televiziya kanalı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb. Videomaterialda Ermənistanın raket hücumu nəticəsində dağılmış binaların, yaxınlarını itirmiş insanların görüntüləri təqdim olunur. “Dağıntıların altından cansız bədənlər bir-bir çıxarılarkən biz bu atəşin insan həyatına necə qıydığını aydın görürük”, – deyə reportajda qeyd edilir. Materialda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə də yer verilir: “Biz Ermənistan tərəfinin bilərəkdən danışıqlar prosesini, həmçinin atəşkəs rejimini pozduğunu görürük. Biz burada ciddi dağıntılar görürük. Onlar Ermənistan ərazisindən raket sistemindən istifadə ediblər. Bu dağıntılardan sonra biz nədən danışa bilərik?”. Jurnalist dağıntılar zamanı uşaqları xəsarət alan bir ailəni də ziyarət edib.