• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 13.10.2020 12:16

Gəncə-Gürcüstan sərhədi yolu genişləndirilir

KepezTV Player

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Gəncədən sərhəddədək olan 130 km-lik hissəsi 4 hərəkət zolağına genişləndirilir. Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür. I texniki dərəcəli olacaq avtomobil yolu vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin edəcək.