• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 13.10.2020 12:05

Daha bir erməni saxtakarlığı

KepezTV Player

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin adından saxta məktublar göndərdiyini qeydə alıb. Məlumata görə, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Elektron Təhlükəsizlik Xidməti araşdırma aparana qədər bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir. Bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.