• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 13.10.2020 08:26

Təmas xəttində raket, top mərmiləri aşkarlanıb

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tovuz, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə 27 müraciət daxil olub.<br>Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 240 mm-lik M24F raketi, 1 ədəd 100 mm-lik top mərmisi (OF-32), 1 ədəd 9M528 raketinin idarəetmə bloku, 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub. ANAMA-nın&nbsp;partlayış qrupu tərəfindən 374 ədəd bombacıq partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib.