• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 12.10.2020 20:44

Əcnəbi tələbələr baş verənləri terror adlandırır

KepezTV Player

Atəşkəs rejiminə məhəl qoymayan Ermənistanın bilərəkdən mülki əhalini hədəf alması artıq heç kimdə təəccüb doğurmur. Bir növ mütəmadi hal alan raket hücumları düşmənin insanlığa sığmayan aqressiyası və vəhşiliyindən xəbər verir. Bəs maraqlıdır, mövcud situasiya Gəncədə təhsil alan əcnəbi tələbələrdə hansı təəssüratlar yaradır? Məsələylə bağlı onların düşüncələri Bu gündə.

Ermənistan üçün beynəlxalq hüququn norma və prinsiplərini gözləmək, onu pozmaqdan daha çətin məsələdir. İşğalçı dövlətin hər dəfəsində yaşayış məntəqələrini hədəf seçməsi bunu deməyə əsas verir. Çoxları kimi, ADAU-da təhsil alan əcnəbi tələbələr də cəbhə ilə məhdudlaşmayan müharibə vəziyyətini ifadə etməkdə çətinlik çəkir.

Abdiaziz Aden Somalidən olan tələbə:Bu həqiqətən də çox pis situasiyadır. Ermənistanla Azərbaycan müharibəni cəhbə bölgəsində aparırsa, nəyə görə ermənilər Gəncə və digər böyük şəhərlərə raket hücumları edirlər? Mən bunu çox qınayıram və istəyərdim ki, Ermənistan tez bir zamanda bu aqressiyanı dayandırsın.

Novis Zegbale əcnəbi tələbə:Sözün düzü, müharibə başlayanda mən bir az qorxdum. Amma Gəncə hadisələri zamanı sakinlərin əzminə, heç nədən qorxmadığına şahid oldum. Mən inanıram ki, Azərbaycan ordusu ermənilərin üzərində qələbə qazanacaq. Çünki Qarabağ Azərbaycandır!

Amma “Qarabağ Azərbaycandır! Reallığı ilə barışmayan düşmən tərəf situasiyanı daha da qəlizləşdir”. UTECA-da təhsil alan Banqladeşdən olan tələbə də bu cür düşünür.

Telefon bağlantısı: Azərbaycan Silahlı Qüvvələri insanlıq nümunəsi göstərərək ermənilərin Qarabağdan təhlükəsiz şəkildə çıxmasına şərait yaradır. Mən eşitdiyim qədəri ilə Azərbaycan əsgərləri indiyənədək bir nəfər də olsun mülki şəxsi incitməyiblər. Artıq bir ildən çoxdur ki, Gəncədə tələbəyəm, sülh şəraitində yaşayırdım. Ermənilər Gəncəyə atdığı raketlərdən biri qaldığım yataqxananın yanına düşdü və bu hadisələrdən sonra həyatımı təhlükədə hiss etdim.

Qardaş ölkədən olan tələbələr Ermənistanın Azərbaycana aqressiyasını türkün-türkə dəstəyi baxımından şərh edir. Qeyd-şərtsiz olaraq Türkiyənin dəstəyinin davam edəcəyini bildiriblər.

Murat Hanastlan əcnəbi tələbə:Ermenistanın sivil insanlara karşı yaptığı bu olay onların gücsüz olduklarını gösteriyor. Sivillere güçleri yetiyor sadece. Ama Türkiye Cumhuriyyeti vatandaşı, iki devlet bir millet olarak her zaman Azerbaycanın yanındayız.

Alperen Çarman əcnəbi tələbə:Ermenistan terror devleti olduğunu bir kez daha göstermiş oldu. Hocalı, Dağlık Karabağda yaptığı katliamları Gencedeki sivilleri hedef alarak bir daha tekrarladı. Türkiye ve Azerbaycan birdir, biz kardeşden de yanayız. Şu anda savaş olmasına ramen biz burda kardeşlerimizi bırakıp gitmiyoruz. Daha dün arkadaşlarımızın dükkanı bombalandı. Dün gece saat 3-ten beri onların yanındayız, yaralarını sarmaya çalışıyoruz. İnşallah Hocalıda, Şuşada Azerbaycan bayrağının kaldırılmasına az kaldı. İnşallah zaferi beraber kutlayacağız.

Əminliklə demək olar ki, müzəffər ordunun əldə etdiyi nailiyyətlər, qalibiyyət xəbərləri Gəncədəki əcnəbilərdə də əminlik yaradır. Zəfər xəbərinin haqqın tərəfdarları üçün tezliklə bayram ediləcəyinə diqqət çəkilib.