• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 12.10.2020 18:42

Xarici diplomatlar və attaşelər hadisə yerində

KepezTV Player

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncədə olublar. Diplomatları Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov da müşayiət ediblər. Səfərin məqsədi diplomatları erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etmək olub.