• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 11.10.2020 16:54

"Gəncənin raket atəşinə tutulması yeni soyqırımı aktıdır"

KepezTV Player

Bu gecə Gəncənin raket atəşinə tutulması Azərbaycan xalqına qarşı Xocalı faciəsindən sonra gördüyümüz yeni soyqırım aktıdır.Bunu israilli siyasi texnoloq Yuri Boçarov deyib. Bildirib ki, Gəncədə dinc sakinlər həlak olsa da, dünya ictimaiyyəti hələ də erməni aqressiyası barədə danışmır, yalnız tərəfləri danışıqlara çağırır:"Amma otuz idir ki, danışıqları nəinki diqqətə almayan, hətta faktları təhrif etməklə öz qara işini görən tərəflə danışıqlar aparmağa dəyərmi? Bu, Azərbaycan xalqına qarşı Xocalı faciəsindən sonra gördüyümüz yeni soyqırım aktıdır. Mən əminəm ki, biz nə vaxtsa erməni cəlladlarını mühakimə edəcək "Nürnberq" prosesinin şahidi olacağıq. Amma bu, yalnız Azərbaycanın yekun qələbəsindən sonra mümkün olacaq". Sitatın sonu.