• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 09.10.2020 22:38

Prezident İlham Əliyev xalqa müraciətində qarşı tərəfə önəmli mesajlar verib

KepezTV Player

Xəbər verdiyimiz kimi, Hadrut qəsəbəsi və daha 8 kənd erməni işğalından azad edilib. Şad xəbəri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açıqlayıb. Hadrut Xocavənd rayonunun inzibati ərazi vahidində qəsəbədir. Çaylı kəndi əvvəllər Ağdərənin tərkibində olub. 1992-ci ildə isə Tərtərin tərkibinə verilib. Yuxarı Güzləklə Gorazıllı isə Füzulinin kəndləridir. İşğaldan azad edilən Qaracallı, Əfəndilər, Süleymanlı, Qışlaq və Sur kəndləri isə Cəbrayılın tərkibinə daxildir. Onu da əlavə edək ki, Sur kəndi çox vacib strateji yüksəklikdir. Xalqa müraciətində dövlət başçısı qarşı tərəfə önəmli mesajlar da verib.