• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 09.10.2020 22:18

Maskadan istifadə etməyənlər cərimələniblər

KepezTV Player

Cəbhə bölgəsində işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun düşmənlə müharibədə əldə etdiyi şanlı qələbələrin fonunda polis əməkdaşları da arxa cəbhədə, həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də gözə görünməyən düşmən olan koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər. Infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirləri davam etdirilir. Gəncə və Şəmkirdə keçirilən yoxlamalar zamanı tibbi maskadan istifadə etməyən xeyli sayda şəxs aşkarlanıb.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək virusa yeni yoluxma hallarına yol verməmək, bu virusla mübarizədə əldə edilən müsbət dinamikanın qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə əməl edilməsi Gəncədə polisin diqqət mərkəzindədir. Polis əməkdaşları içtimai nəqliyyatda tibbi maskadan istifadı etməyən sürücü və sərnişinlər barəsində qanuna müvafiq tədbir görür.

Analoji yoxlamalar Şəmkir rayonunda da aparılır. Yoxlamalar rayon daxili sərnişindaşımaya cəlb olunan ictimai nəqliyyat vasitələrini əhatə edib. Tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərlə bir daha izahedici söhbətlər apararılıb, mövcud qaydalara əməl etməyin vacibliyi vurğulanıb.

Qapalı yerlərdə, ictimai  iaşə obyektlərində polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılaraq sakinlərə sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də qoruyucu maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib.

Gün ərzində Şəmkir rayonunda karantin qaydaların pozan 37 şəxs barəsində inzibati qaydada tədbir görülüb. COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi noyabrın  2-i saat 6-dək qüvvədədir.

Natiq Hüseyn