• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 09.10.2020 15:33

Erməni işğalçılarına kömək edən iki muzdlu barəsində cinayət işi açılıb

Baş Prokurorluqda Fransa vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici mediada yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılıb. Müəyyən edilib ki, həmin şəxslər Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçib Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəliblər. Dırnaqarası “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə Azərbaycanın dinc vətəndaşlarına və silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə ediliblər. Həmin şəxslərin qanunsuz olaraq əldə silah-sursatdan istifadə etməklə Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib. İş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.