• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2214
— 09.10.2020 15:52

Azərbaycanda koronavirusa 215 yeni yoluxma faktı qeydə alınıb

117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölkədə indiyədək ümumilikdə 41519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1785 nəfərdir. Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 116 2062 test aparılıb.