• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1425
— 09.10.2020 12:15

Bakıda yaşayan ermənilərdən soydaşlarına müraciət

KepezTV Player

Bakıda yaşayan ermənilər dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə və erməni analara müraciət edib. "Bu gün Azərbaycanda on minlərlə erməni yaşayır. Burada dinindən, irqindən asılı olmayaraq, bütün insanlara eyni münasibət göstərilir, Konstitusiyanın öz vətəndaşlarına verdiyi hüquqlardan hamı bərabər yararlanır. Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu illər ərzində demək olar ki, davamlı olaraq sivil Azərbaycan vətəndaşları, hətta uşaqlar, qocalar Ermənistan tərəfindən atəşə məruz qalıb, qətlə yetirilib", - deyə on minlərlə erməni adından 17 şəxsin imza atdığı müraciətdə vurğulanır. Dünya ermənilərinin katalikosu II Qareginə müraciət edən ermənilər onu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin durdurulmasında, işğal edilmiş Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarılmasında öz nüfuzu və gücündən istifadə etməyə çağırıblar. Dünya ermənilərinə, ayrı-ayrı erməni lobbilərinə üz tutaraq dəstəklərini insanların sülh içində yaşamasına yönəltməyə səsləyiblər. "Bu gün də Ermənistan işğalçılıq siyasətini davam etdirir. Bütün bunlar dünyada erməni xalqı barədə mənfi, insan düşməni, qaniçən fikri formalaşdırır. Xocalıda Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı erməni tarixinə qara ləkədir və bizim üçün çox utancvericidir", -deyə ermənilər vurğulayıblar.