• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 08.10.2020 22:34

Bu payızda Qarabağda vağzalı...

KepezTV Player

Başdan başa bəzənməsə toy zalı,

Zurna səsi bürüməsə mahalı,

Bu payızda Qarabağda vağzalı,

Çalınmasa mən günahkar olacam!

Qoşunlarımızın cəbhədə ermənilərə qarşı davam edən uğurlu əks-hücumu və işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi Gəncədən olan yazarları da ruhlandırır. Ürəkləri Qarabağla döyünən qələm əhli vətənpərlik ruhunda şerlər yazaraq ordumuza dəstək nümayiş etdirirlər.

30 ildir onlar vətən, torpaq, yurd  həsrətli şerlər yazır, hekayələr qələmə alırlar. Miskin, kədər dolu yazılarında isə heç vaxt ümidin ölmədiyi, Qarabağın mütləq Azərbaycana qayıdacağı yer alıb. Necə ki, bu gün onun şahidi oluruq, həsrətə rəşadətli Azərbaycan ordusu son qoyur. Cəbhədən gələn qələbə xəbərləri sevinc yaşatmaqla yazarların hisslərini kağız üzərinə köçürməyə vadar edir.

Xəzangül Hüseynova AYB-nin Gəncə bölməsinin sədri: Bizə nə qədər mərmi də atılsa, bizim qəlbimiz o mərmilərdə yox, cəbhədə döyüşən əsgərlərimizdədir. Bu məqamda mən “Əsgərə məktub” adlı şer yazdım.

Ayrılığın acısını öldür oğlum,

Bilirəm ki, öldürəcəksən!

 

Bu döyüşdə hamımızın bir adı var

Bu ada olaq qurban

Bu ad üçün uf demədən veririk can Can Azərbaycan!

Yazarlar deyir ki, bu gün hər kəs müsəlləh əsgərdir. Eləcə də qələm əhli, cəbhədə döyüşənlərə ruhi qida, mənəvi dayaq olmaqla. Təbii ki, arzu, istək də eynidir, qələbə xəbəri eşitmək, torpaqların işğaldan azad edilməsi.

Aləmzər Əlizadə şair: Dalbadal gözəl xəbərlər gəldi. O qədər qürurlanıb, o qədər sevinirəm ki, o qədər şad oluram ki, elə bil bundan artıq dərdimiz yoxdur. Fəxr edirik ki, Azərbaycanımız qələbəyə tam hazırdı və bu qələbəni gözləyirik. Ayın 2-də məndə şer yazdım - sonuncu bənd budur ki, Düşmənlər məhv olacaq,Azərbaycan Qarabağ bir olub bir olacaq,Tanrı yanımızdadır.

Ordumuz haqq savaşında vuruşaraq tariximizdə şanlı səhifə açır, yeni tarix yazılır. O, tarix ki, illər, əsirlər keçsə də qəhrəmanlıq səlnaməsi olaraq xatırlanacaq.

Ramiz Təmkin şair: Mən inanıram ki, Xankəndiyə, Şuşamıza, Ağdama, Qubadlıya yaxın günlərdə Azərbaycan bayrağı sancılacaq və rəşadətli ordumuza da inanırıq. Ordum bada verməz heç vaxt torpağı, Gündə sönməz neçə evin çırağı, Xankəndiyə Azərbaycan bayrağı Sancılmasa mən günahkar olacam.

Yazarlar mənfur ermənilərin son günlər Gəncəyə endirdikləri raket zərbələrini də qınayır. İnsanlığa və beynəlxalq hüquqa sığmayan alçaq hərəkətin Ermənistanın çirkin niyyətini bir daha nümayiş etdirdiyinə diqqət çəkilir.

Sahib İbrahimli yazıçı: Biz Gəncəyə qarşı atılan atəşi qəti şəkildə pisləyirik. Gəncə sakinləri bu hədə-qorxudan qətiyyən çəkilmirlər. Onlar düşmən qarşısında əsgər kimi dayanıblar. Lazım gəlsə əsgərlərimizlə birlikdə mənfur düşmənə qarşı mübarizə aparacaqlar.

Əmrini imzala baş komandanım,

Vətənə millətə qurbandı canım,

Qarabağ yanırsa necə dayanım,

Qələmim, silahım, məskənim səngər,

Mən də bir əsgərəm, mən də bir əsgər.

Elnur Vahidoğlu