• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1027
— 07.10.2020 22:10

Baş Nazir xalqa müraciət etdi

KepezTV Player

Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş müşavirəsi keçirilib. Baş Nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl olunmasına daha ciddi nəzarət edilməlidir. Əli Əsədov vətəndaşlara müraciət də edib. Qələbə xəbərlərini çox böyük coşqu ilə qarşılayan insanların şanlı Ordumuza dəstək vermək üçün bir yerə toplaşdıqlarını vurğulayan Baş Nazir təmasların artmasının davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada biləcıyinə diqqət çəkib.