• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 06.10.2020 08:32

Bütün cəbhə boyu hərbi üstünlük ordumuzun tərəfindədir

KepezTV Player

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır. Bu barədə məlumat verən Müdafiə&nbsp;Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir:<br>"İşğal altında olan torpaqlarımız azad edilir. Bu, danılmaz bir faktdır. Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır", - deyə Dərgahlı vurğulayıb.