• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1152
— 05.10.2020 22:35

Türkiyə zəfərədək Azərbaycanın yanındayıq

KepezTV Player

“Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə, təəssüf ki, səssiz qalmışdı. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də qətliam idi”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib ki,ATƏT-in Minsk qrupu problemi nizamlamaq əvəzinə onu həlsizliyə aparıb və gözardı etdiyi üçün bu vəziyyət yaranıb. "Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi reaksiya ilə qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq" - deyən Ərdoğan Azərbaycanın mübarizəsinə dəstək verməyin bütün qürurlu dövlətlərin borcuolduğuna diqqət çəkib. "Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil. Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq”, Sitatın sonu.