• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 05.10.2020 19:58

Heç bir hədə gəncəliləri qorxutmaz

KepezTV Player

Törədilən təxribatlar heç bir zaman Azərbaycan xalqını tutduğu yoldan döndərə bilməz. Bu gün gəncəlilər, o cümlədən bütün azərbaycanlılar ordunun, dövlətin arxasındadır. Çünki onun gücünə və qüdrətinə bələddilər. Və nə xoş ki, əzmli xalqımız hazırda təşviş deyil, qələbə sevincini yaşayır. Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov düşmən təxribatlarının xalqı qorxutmadığına diqqət çəkib.

Tahir Abbasov - QMİ-nin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi:  Ermənilər iki gündür Gəncə şəhərinə top ataraq, gəncəliləri, azərbaycanlıları qorxutmaq istəyirlər. Məqsədləri xof salmaq, xox eləməkdir. Mən bu gün Paşinyan və onun quldur dəstəsinə, Dağlıq Qarabağda oturan təcavüzkarlara üz tutaraq deyirəm ki, Azərbaycan xalqını top güllələri, mərmi səsləri, ölümlə, qadayla qorxuda bilməzsiniz. Bu şəhər heç bir zaman, heç kimə baş əyməz. Heç bir hədə, heç bir qorxu gəncəliləri qorxutmaz. Gəncə İmam Hüseyn şəhəridir. İmam Hüseyn şəhərinə uzanan əllər kəsilər. Allah tez bir zamanda müzəffər ordumuza üçrəngli bayrağımızı Şuşada, Xankəndində ucaltmağı nəsib etsin.