• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 05.10.2020 20:03

Azsaylı xalqların nümayədələri erməni təxribatını pisləyir

KepezTV Player

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən şəhərlər və rayon mərkəzlərinin atəşə tutulması bölgədə yaşayan azsaylı xalqların nümayəndələrini də hiddətə gətirib. Ölkəmizdəki tolerant mühitdən razılqılarını ifadə edənlər erməni təxribatlarının cəzasız qalmayacağına əmindirlər.

Lyudmila Cəfərova milliyyətcə Ukraynalı olsa da 60 ildən artıqdır Şəmkir rayonunun Bayramlı kəndində yaşayır. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ovladını itirən ana son günlər orudmuzun qazandığı qələbələri sevinclə qarşılayır. Həyat yoldaşı ilə zəfərin bayram ediləcəyi günün uzaqda olamdığına əmin olan ailə düşmən tərəfin son təxribatlarını qətiyyətlə pisləyir.

Lyudmila Cəfərova şəhid anası: Heç vaxt demirlər burada ayrı millət var. Özümü Azərbaycanlı sayıram. Torpaq uğrunda oğlumu şəhid verdim. İndi hər şey yaxşıdı. Torpaqlarımız azad olunduqca mən sevinirəm.

Məhərrəm Cəfərov şəhid atası: Birinci dəfə o 7 kənd alınanda mən sevindiyimdən ağladım, bizim torpaqlar geri qayıdır. Bu başlanğıcdır, başlanğıcın sonu olacaq və torpaqlarımızın hamısı öz yerində qayıdacaq. Mərd davasına mərd çıxar. Bunlar namərd millətdirlər. Bunlar ömrü boyu onun bunun tör-töküntüsünü yeyib onun bunun ayağını qazan millət oublar. İndi də namərdliklərini göstərirlər. Dinc əhalini gülləyirlər atırlar. Mərdsən get mərd davasına çıx.

Hazırda Şəmkirdə  17 müxtəlif millətin 1680-ə qədər nümayəndəsi yaşayır. Hansılar ki, cəbhədə cərayan edənlərin məqsədli şəkildə geniş coğrafiyaya yayılmasının əlehinədirlər.  

Lilya Məmmədova Rus İcmasının üzvü: Dinc əhaliyə vurulan zərbələri heç düzgün qarşılamır. Mən Rus İcmasının üzvü kimi onlara çatdırmaq istəyiərm ki onlar əhali ilə yox hərbiçilər döyüşməlidirlər. Yalnız bizim hərbiçilərlə vurşa bilərlər.

Qərb bölgəsində azsaylı xalqların nümayədlərinin məskunlaşdığı rayonlardan biri də Samuxdur. Onlar da özlərini bu dövlətin vətəndaşları hesab edərək cəbhədə baş verənləri Azərbaycanın haqq işi adlandırırlar.

Tatyana Qasımova - azsaylı xalqın nümayəndəsi: Burada təkcə Azərbaycanlılar yox, burada bütün millətlərin nümayəndəsi yaşayır. Burada gürcülər moldovanlar ukranyalılar hətta ermənilər də yaşayır. Mən özüm onları şəxsən tanıyıram. Heç kim onlara heç nə demir. Hər kəs öz işi ilə məşğuldur. Ermənilərə bircə onu demək istəyiəm ki, tək qaldıqları üçün üçüncü dünya müharibə başlamasınlar. Lazım deyil heç bir dövlət onlara kömək etməyəcək.

İsmizahid Namazov - azsaylı xalqın nümayəndəsi: Gəncə və ətraf ərazilərdə dinc əhali yaşayır. Gördüyünüz kimi bura müharibə zonası olmasa da atılan mərmilər gəlib bizim kəndlərə düşür. Bu da bizim xalqı narahat etmir. Bizdə ruh yükəskliyi var. Biz də ermənilərin bu təxribatından qorxası deyilik. Biz bir qaçqın xalqın nümayəndəsi kimi Azərbaycan xalqını dəstəkləyirik.

Bu gün Samux və Şəmkirdə yaşayan azsaylı xalqların nümayədələri yerli sakinlərlə yaşadıqları mehriban qonşuluq əlaqələrinin Qarabağ azad edildikdən sonra yerli əhali ilə də davam edəcəyini əminliklərini ifadə ediblər.

 

Natiq Hüseyn