• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 05.10.2020 20:05

"Artıq biz onlardan hər cür təxribatı gözləyirik"

KepezTV Player

Artıq beynəlxalq aviareyslərlə bağlı artıq tərəfdaşlara xəbərdarlıq edilib ki, Azərbaycan hava yollarından istifadə edərkən müəyyən təhlükəsizlik təlimatlarına əməl etsinlər. Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. "Azərbaycanın hava məkanından beynəlxalq şirkətlər geniş istifadə edir. Ermənistan isə hava yollarımıza qarşı təxribatlar törədə bilər. Artıq biz onlardan hər cür təxribatı gözləyirik", - deyən Hikmət Hacıyev Ermənistanın Azərbaycan şəhərlərinə hücumlarından da danışıb. Bildirib ki, bu hücumlar Ermənistanın Sisyan, Vedi, Vardenis kimi ərazilərindən həyata keçirilir.