• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 05.10.2020 20:11

Prezident İlham Əliyev “TRT Haber” televiziya kanalına müsahibə verib

KepezTV Player

Ermənistan Gəncəni, Mingəçeviri vurmaqla Azərbaycanı təxribata cəkir. Ki, ondan sonra da çıxıb bütün dünyaya desin ki, Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı xilas edin. Prezident İlham Əliyev TRT Haber telekanalına müsahibəsində vurğulayıb ki, Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Gəncə nifrətə görə vurulur. “Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət əsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz”, - deyən dövlət başçısı Gəncəyə qarşı törədilən erməni təxribatı nəticəsində erməni əsilli vətəndaşın yaralanması məsələsinə də toxunub. Eləcə də Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra orada yaşayan ermənilərin taleyi barədə danışıb.