• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 05.10.2020 16:29

Bazar artileriya atəşinə tutulub

KepezTV Player

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Gəncə yenidən raket atəşinə tutulub. Şəhərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai prospektində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara mərmilər düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Əməkdaşlarımız şəhərin mərkəzi bazarındakı vəziyyətlə maraqlanıb.

Ermənisatn silahlı qüvvələri bu gün də Respublikanın ikinci böyük şəhəri olan Gəncəni ağır artileriya atəşinə tutub. Ağır artileriya daha çox şəhərin ən böyük ticarət obyektinə ziyan vurub. Ticarət obyektinin gördüyünüz o hissəsinə ağır artileriya daha sonra binanın qarşı tərəfində olan digər ticarət obyektinə düşüb.

Hadisə bu gün günorta saatlarında şəhərin artileriya atəşinə tutulması zamanı baş verib. Ermənistan silahl qüvvələri tərəfindən atılan mərmilərdən biri bazarın mərkəzi hissəsinə düşüb. Bazarın meyvə-tərəvəz satılan hissəsinə düşən raket 20 ha ərazi olan kompleksə ciddi ziyan vurub.

Zərbənin təsirindən ticarət mərkəzindəki dükanlarla yanaşı, saxlama anbarı və bazar hissəsi də əsaslı şəkildə ziyan görüb. Artileriya zərbəsi zamanı xoşbəxtlikdən ölən olmasa da, satıcı və alıcılar arasında yaralananlar olub.

Ticarət obyektləri ilə yanaşı ərazidə olan avtomobillərə də ciddi ziyan dəyib.  Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları, təcli tibbi yardım briqadası, ANAMA-nın əməkdaşları da cəlb olunub.