• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 05.10.2020 14:06

Hikmət Hacıyev Gəncədən görüntü paylaşıb

KepezTV Player

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün səhər saatlarında yenə də Ermənistan ərazisindən atəşə tutulan Gəncədən görüntülər paylaşıb. “Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın nə cür hərbi əhəmiyyəti ola bilər? Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edilib. Ermənistanın mülki azərbaycanlılara qarşı dövlət terrorizmi davam edir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.