• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 05.10.2020 14:29

Baş Prokurorluq Gəncə ilə bağlı rəsmi məlumat yaydı

KepezTV Player

Ermənistanın silahlı qüvvələri Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Gəncəyə atılan raketlər Gəncə beynəlxalq xəstəxanası, 34 saylı orta məktəb, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılıb. Nəticədə 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.