• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 05.10.2020 12:01

Baş Prokurorluq itkiləri açıqladı

KepezTV Player

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 27-dən indiyədək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb. Bundan başqa, 56 mülki obyekt və 306 yaşayış evi yararsız hala düşüb.