• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2298
— 26.09.2020 21:18

Regionlarda ictimai nəqliyyatda təmassız ödəniş

KepezTV Player

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Şamaxıda reallaşdırdığı sərnişin daşımalarında nağdsız ödəniş üzrə pilot layihə müvafiq orqanlar tərəfindən təsdiqlənərsə, bu, digər regionlarda da tətbiq oluna bilər. Bu sahədə dəyişikliklər yalnız müsbət istiqamətdə baş verir. Təmassız texnologiyanı dəstəkləyən əməkhaqqı, pensiya, bank kartları olan sərnişinlər bu sistemdən rahat istifadə edə biləcəklər. Kartı olmayan şəxslər müvafiq bankdan "prepaid" kartlar əldə edərək bu xidmətdən istifadə edəcək. Elektron ödəmələrə keçid mərhələli şəkildə baş verəcək.

Müraciət olunacağı təqdirdə Məlumat Hesablama Mərkəzi bu sistemi bütün ölkə ərazisində tətbiq edə bilər. Sistem ictimai nəqliyyat üzrə ödəniş siseminə inteqrasiya oluna bilər.