• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 26.09.2020 12:45

Ər-arvadı evdə bıçaqladılar

KepezTV Player

Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb. Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 59 yaşlı Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.<br>Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan kişi Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Xəstəxanasında əməliyyat edilib və vəziyyəti orta-ağırdır. Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.