• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 26.09.2020 12:34

Gübrənin satış qiyməti ucuzlaşdırıb

KepezTV Player

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək məqsədilə, ammofos gübrəsinin qiymətində endirim edib. Gübrənin 1 tonunun qiyməti 1000 manatdan 933,33 manata, “Fermer kartı”ndan çıxarılan məbləğ 1 kisənin qiymətinə görə 35 manatdan 32,67 manata, fermerin öz vəsaiti hesabına ödədiyi məbləğ isə 15 manatdan 14 manata endirilib. Hazırda Cəmiyyət tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Səyyar satışın təşkilində məqsəd fermer və sahibkarların məsafə və əlavə məsrəf itkisinə yol verməməsidir. “Aqroservis” ASC əməkdaşları bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər.