• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 26.09.2020 12:32

Növbəti gücləndirilmiş dezinfeksiya

KepezTV Player

Nazirlər kabineti yanında Operativ Qərargahın tapşırığı ilə gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə görülür. İşlər şəhərin, mərkəzində yerləşən küçə və prospektləri, qəsəbələri, çoxmənzilli yaşayış binaların girişlərini, mərtəbələrini, uşaq meydançalarını, əhali sıxlığı təşkil edən bütün əraziləri əhatə edir. Bununla yanaşı park və xiyabanlar, açıq hava idman qurğuları, habelə poçt şöbələri, bank və bankomatların qarşısında da dezinfeksiya işləri aparılır.

Bu gün də Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrefat İstehsalat Birliyinin su çiləyici maşınları ilə genişmiqyaslı dezinfeksiya işləri görülüb. Gəncə şəhərinin mərkəzi prospekt və küçələri, o cümlədən, Nizami Gəncəvi, Heydər Əliyev, Şah İsmayıl Xətai, Atatürk, Nəriman Nərimanov prospektləri, Azərbaycan bayrağı, Dədə Qorqud, Cavadxan və digər küçələri dezinfeksiya edici məhlulla yuyulublar.