• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 25.09.2020 19:55

“Kəpəz” yenə heç-heçə oynadı

KepezTV Player

I Divizionda qarşıdakı mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirib. “Sarı-göylər”in rəqibi aşağı dəstənin digər təmsilçisi Zaqatalanın eyniadlı komandası olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda hesabı ilk hissədə qonaqlar açıb. Meydan sahiblərinin bərabərlik qolu isə fasilədən sonra reallaşıb. Oyunun sonlarına az qalmış Nicat Məmmədov fərqlənməklə yekun nəticəni təyin edib. “Zaqatala” ilə qarşılaşma “Kəpəz”in mövsüm öncəsi ikinci yoxlama oyunu olub. Bundan öncə Nizami yurdunun təmsilçisi doğma meydanda “Turan Tovuz” ilə 3:3 hesablı bərabərliyə imza atıb.