• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2276
— 25.09.2020 20:14

Məktəb və bağçalarda vəziyyət

KepezTV Player

Məktəb və bağçalarda vəziyyət

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Qərarına əsasən sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəblərin dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Goranboyun təhsil və tərbiyyə müəssisələrində də rejimin tələblərinə ciddi əməl olunur.

Yeni dərs ilinə hazırlıqla bağlı Goranboy rayonunun bütün məktəblərində geniş təmizlik, tibbi-profilaktik işlər görülüb. Ümumi təhsil müəssisələrinə gigiyenik vasitələr paylanılıb. Müəllim və şagirdlərin gündəlik olaraq bədən hərarətləri yoxlanıldıqdan sonra məktəblərə daxil olurlar. Sinif otaqlarında dərslər zamanı şagirdlər arasında sosial məsafənin qorunmasına xüsusi fikir verilir.

Günel Yusifova - müəllim: Siniflərimizi iki qrupa bölmüşük. Ara məsafəsini müəyən qədər saxlamağa çalışırıq. Dərslərimzidə davamlılığı təyin etməyə çalışırıq. Uşaqlar tele-dərsləri daim izləyib bizə məlumat verirlər.

Hələlik ibtidai sinifləri əhatə edən dərslər zamanı ciddi yolxucu xəstəlikləri müşahidə olunan müəllim və şagirdlərə rast gəlinməyib. Gündəlik tədris prosesinə məktəb rəhbərlikləri tərəfindən xüsusi nəzarət olunur.

İradə Həsənova - məktəb direktoru: Məktəbimizdə sosial məsafənin gözlənilməsidi dezinfeksiya işlərinin aparılması tam təmin olunur. Hər həftə siniflər dezinfeksiya olunur. Onu da deyim ki, bizə kiyayət qədər dezinfeksiya edici məhlullar verilib. Həftə sonları ümumi növbələlər arası siniflər dezinfeksiya edilir.

Rayonda fəaliyyət göstərən uşaq bağçaları da mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə işləyir. Tərbiyyəçilər hazırkı şəraitlə bağlı tam təlimatlandırılıb. Bağçalar lazımı dezinfeksiyaedici məhlullarla təmin olunub.

Lalə Xəlilova - bağça müdiri: Bağçamız fəaliyyətə başlmazdan əvvəl bağçada deiznfeksiya işləri aparılıb sanitar gigiyenik qaydalar təmin edilib. Gələcəyimiz olan körpələrin  sağlam böyüsün deyə əlimizdən gələni edirik.

Goranboyda 32 körpələr evi uşaq bağçası, eləcə də 78 məktəb fəaliyyət göstərir.

 

Natiq Hüseyn