• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1353
— 25.09.2020 20:02

Antisanitar vəziyyətdə olan iaşə obyektləri

KepezTV Player

Əlcək də, tibbi maska da, spirt də var. Ancaq nə fayda, istifadə edən yoxdur. Hətta bu azmış kimi ictimai iaşə obyektləri antisanitar vəziyyətdə, sanitar qovşaq isə mətbəxin içində. Bütün bunlar və digər gigiyenik normativ qaydaların pozulması Samuxda keçirilən reyd zamanı aşkarlanıb.

Bura ictimai iaşə obyektinin mətbəxidir. Gündəlik olaraq bu mətbəxdə müştərilər üçün yemək hazırlanır. Ən acınacaqlı vəziyyət isə ondan ibarətdir ki, sanitar qovşaq otağı da məhz bu otaqda yerləşir.

Kadrlarda görünən antisanitar vəziyyət Samuxun Qarayeri qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərindən birinin mətbəxinə aiddir. Həşaratların baş aldığı mətbəxdə eyni bıçaqla, ət, çörək, göygöyərti doğranmaqla yanaşı mənşəyi bilinməyən turşular da müştərilərə təklif edilir.

Rayonun digər kəndlərində keçirilən yoxlamalar da analoji vəziyyəti ortaya qoyub. Sərkar kəndindəki iaşə obyektində də qaydalara riayət olunmadan müştərilərə xidmət göstərilir.

Lətif Mirzəyev - AQTA-nın Gəncə regional bölməsinin aparıcı məsləhətçisi: Samux rayonunda keçirilən reyd zamanı ictimai iaşə obyektlərinin rəhbərlərinə karonavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülməli olan tədbirlər barədə məlumat verildi. Keçirilən reyd zamanı ictimai iaşə müəsisələrində sanitar norma qaydaların, gigiyena normativlərinin pozulması hallarına rast gəlinibdir. Həmin müəsisələr barəsində qanunun tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Etibar Qurbanov - inzibatçı: Yoldaşlar göstərişlərini verdilər, nöqsanlarımız var idi, başa saldılar, aradan qaldıracağıq.

Bundan başqa ictimai iaşə obyektlərində pandemiyya qaydalarının pozulduğu hallarına da rast gəlindi. Masalar arası məsafənin 2 metr olmaması, müştərilərin oturacaqlarının 1 metrdən az yerləşdirilməsi, iaşə obyektlərinin mətəmadi olaraq dezinfeksiya edilməməsi pozuntu halları kimi qeydə alınıb. Obyekt sahibinə karantin qaydalarına əməl edilməsi metodiki göstərişlərlə izah edilib.

Yoxlamalar davam etdirilir.

 

Elnur Vahidoğlu