• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 25.09.2020 19:59

AQTA-dan toylarla bağlı açıqlama

KepezTV Player

"Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var". Qida Təhlükəsizliyi Agentliyinin sosial şəbəkə üzərindən verdiyi açıqlamaya görə, toylara icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri həyata keçirəcək. "Adətən toy və yas mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş məkanına çevrilir. Yüzlərlə insan bir-biri ilə sadəcə masa arxasında deyil, ayaq üstə durarkən də yaxın təmas qurur. Bu da yoluxma üçün çox yüksək risk sayılır".

21-24 sentyabr tarixlərində xüsusi monitorinq qrupları tərəfindən keçirilən reydlər nəticəsində 148 mehmanxanadan 128-də COVID-19-un profilaktikasına dair zəruri qayda və tələblərin pozulduğu barədə də açıqlama verilib. Qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.