• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1059
— 25.09.2020 12:05

Kişi nənəsini və bibisini qətlə yetirdi

KepezTV Player

Bakıda dəhşətli qətl hadisəsi törədilib. Kişi bir evdə yaşadığı nənəsini və bibisini amansızlıqla qətlə yetirib. hadisənin təfərrüatlarını təqdim edirik.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 88 yaşlı Simuzər Cavadova və 61 yaşlı Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Məlumata görə, Simuzər Cavadova və müəllim olan qızı eyni ünvanda yaşayıblar. 35 yaşlı Samir Mustafayev isə anası dünyasını dəyişdikdən sonra nənəsinin və bibisinin evində yaşamağa başlayıb. Ailədaxili münaqişə zəminində o, nənəsi və bibisinə çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb, daha sonra paltarlarını dəyişərək evdən qaçıb. Evdən çıxarkən mətbəxdəki qaz plitəsini açıq qoyub. Maye qazın qoxusundan qonşular xəbər tutub. Dərhal Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Mənzilin qapısı açılıb və evə maye qazın verilişi dayandırılıb.

Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.