• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 23.09.2020 19:27

Məktəb binasında nar ağacı kök atıb

KepezTV Player

Adətən müasir tələbələrə cavab verməyən və qəzalı məktəb binalarına ucqar kəndlərdə rast gəlinir. Ancaq Tovuz rayonunda bunun üçün dağlar qoynuna getmək lazım deyil. Qovlar şəhərində illərdir qəzalı vəziyyətdə olan 3 nömərli orta məktəbin binası təhlükə saçır. Uçma təhlükəsi olan məktəbdə əməkdaşımız Natiq Hüseyn karantin dövründə tədrisin gedişi ilə maraqlanıb.

1971-ci ildə yataqxana kimi inşa olunan Qovlar şəhər 3 nömrəli tam orta məktəbi hazırda həm yataqxana, həm də məktəb kimi fəaliyyət göstərir. Dam örütüyü yararsız, pəncərələri sınıq–salxaq olan binada tədrisi təşkil etmək mümkünsüz görünür.  

Gördüyünüz bu sinif otağı hər hansı dağ kəndinin məktəbində deyil. Məhz Qovlar şəhərində 3 saylı tam orta məktəbin binasıdır. Müəllimlər çətin də olsa qəzalı sinif otaqlarında gündəlik tədris aparırlar.

Mafurə Qasımova - müəllim: Hal-hazırda bizdə plakatlar yoxdur. Biz də istəyirik ki, uşaqlar üçün lazım olan bütün şəraitlər olsun, biz də uşaqlara rahat dərs keçə bilək. Yəni vəsaitlərlə dərsləri tez bir zamanda çatdıra bilək. Belə çətinlik çəkirik.

İkinci mərtəbəsi yataqxana kimi istifadə olunduğu bina hər an uça bilər. Eyvanında nar ağacların kök atdığı təhsil müəssinin mövcud durumu validyenləri çox narahat edir. Şagirdlər isə dərs vaxtı qorxulu anlar yaşamalı olurlar.

Əli Bayramov – valideyn: Məktəb çox qəzalı vəziyyətdədir. 30 ildən artıqdır tikilib heç bir təmir işləri görülməyib. Məktəbdə həm yaşayış var, həm də təhsil gedir.

Aysel Əliyeva – valideyn: İkinci mərtəbədə nar ağaıcı bitib. Həqiqətən də qeyri-adi hadisədir. Çox səliqəsiz bir vəziyyətdir. Uşaqlar qaranlıq otaqda dərs keçir. Heç yazdığı yazıları görmürlər.

Rabiyyə Rzayeva – şagird: Məktəbimiz pis haldadır. Yağış yağanda külək əsəndə şifer camaatın başına düşür. Bir də bizim sinifdə toz qalxır. Sıçanlar da qaçır, ona görə də ayağımızı yerə basa bilmirik.

Sakinlər məktəb binasında bədbəxt hadisələrin qaçılmaz olduğunu bildirirlər. Hər il ərazidə yeni məktəb binasının inşa ediləcəyi gözlənilsə də bu arzusu çin olmur. Bu səbəbdən valideynlərin səbr kasası daşıb.

Samirə Məhərrəmova – valideyn: Uşaqlarımıza çətinliklə məktəb forması alırıq. Gedib-gəlirlər sinifə yağış yağır kitab dəftər hamısı su olur. Uşaqlar gəlib deyir sıçan  partanın üstündə gəzir.

Simuzər Nəsibova – valideyn: Məktəbimizin gedişatına heç kim baxmır. Şəraiti pis vəziyyətdədir bərbad halldadır.

Nüsrət Məhərrəmov – valideyn: Məktəbimiz nol vəziyyətindədir. Uçur sadəcə məkətb uçur.

Valideynlərlə həmfikir olan məktəb rəhbərliyi bütün aıdiyyatı qurumlara mövcud durumla bağlı məlumatların verildiyini, hələlik müsbət nəticələrin əldə olunmadığını bildirir.

Nüsrət Nəsirli - məktəb direktoru: 1971-ci ildən tikiləndən bu günə qədər bir dəfə də olsun nə əsaslı, nə də cari təmir edilməyib. 1971-ci ildə çəkilmiş elektrik xəttləridir. Məktəbin artıq bütün kubikləri aşınıb. Məktəb istənilən an dağıla bilər. Mən bu haqda bütün lazımı orqanlar rəsmən müraciət etmişəm.

Tovuz Rayon Təhsil Şöbəsindən adıçəkilən məktəblə bağlı nəzərədə tutulna bütün sənədləşmə işlərinin aparıldığı açıqlanııb. Yaxın vaxtlarda ərazidə yeni məktəb binasının inşasına başlamaq planlaşdırılır.

Fikrət Tağıyev - Tovuz Rayon Təhsil Şöbəsinin nümayəndəsi: Biz adiyyatı orqanlara müraciət etmişik. Mütəxəssilər məktəbin ərazisində olublar. Lazımı sənədləşmə aparılıb. Yuxarı instansiyalara yeni məktəb biansının tikintisi ilə bağlı lazımı məlumatlar verilib. Məktəb biansı doğurdanda qəzalı vəziyyətdədir. Bina məktəb təyinatlı bina dyeil. Uyğunlaşdırılmış binadır. Ona görə də tərəfimzidən lazımı sənədlər göndərilib. Hesab edirəm bu yaxınlarda məktəbin tikintisi ilə bağlı lazımı qərarlar veirləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Tovuz rayonunun Aşağı Öysüzlü kənd tam orta məktəbinin qəzalı durumunu da gündəmə gətirmişdik. Həmin kənddə də yaxın vaxtlarda yeni məktəb binasının inşa ediləcəyi vəddi verilmişdi.

Natiq Hüseyn