• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 22.09.2020 12:25

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Qəzalar yenə peşmanlıq gətirib. Ölən və xəsarət alanlar var.

Tovuzun Aşağı Quşçu kəndində qəza olub.Yolu keçmək istəyən 29 yaşlı İxtiyar Vəliyevi naməlum avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Məlumata görə, piyadanı vuran sürücü hadisədən sonra ərazidən yayınıb.

Şirvanın köhnə şəhər adlanan yaşayış massivində “Mercedes” markalı minik avtomobili Şirvan şəhər sakini, 54 yaşlı Fərqanə Həsənovanı vurub.Ağır dərəcəli bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib.

Goranboy rayonunda "Opel" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hər iki yaralı rayon xəstəxanasına aparılıb, vəziyyəti daha ağır olan 20 yaşlı Bayram Hüseynov Gəncədəki klinikalarının birinə köçürülüb.

Bakının Nizami rayonunda 8-ci kilometr qəsəbəsində də qəza qeydə alınıb.Yolu keçmək istəyən 30 yaşlı Vüsal Nəbiyevi minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.