• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 21.09.2020 19:05

Dayı bacısı oğlunu bıçaqladı

KepezTV Player

Sentyabrın 19-da Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal olay yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla Rauf Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngi ilə dayısı Vahid Əhmədovu qəsdən öldürmək məqsədilə atəş açmasına baxmayaraq güllənin ona dəyməyərək yan keçməsinə, daha sonra isə Vahid Əhmədovun bıçaqla Rauf Fərzəliyevə qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Rauf Fərzəliyev və Vahid Əhmədov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.