• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 21.09.2020 19:01

Üzərinə dəmir boru düşən fəhlə ölüb

KepezTV Player

Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalar nəticəsində&nbsp;Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.<br>Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.