• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 20.09.2020 20:27

“Kəpəz”lə “Turan Tovuz” üz-üzə

KepezTV Player

Futbol üzrə I Divizionda qarşıdakı mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz”lə “Turan Tovuz” təlim-məşq planına uyğun olaraq yoxlama oyunda üz-üzə gəlib. Matç Gəncə şəhər stadionunun süni örtüklü meydançasında keçirilib.  Qərb derbisi gərgin mübarizə şəraitində keçib və bol qollu alınıb. Altı qolun qeydə alındığı oyun 3:3 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahiblərindən Tural Qürbətov iki qol vuraraq dubl müəllifi olub. Digər məhsuldar zərbə Ümid Səmədovun adına yazılıb. Qarşı tərəfdən isə Vidadi Cəfərov, Ramil Süleymanov, Elçin Qasımov dəqiq zərbə ilə toru silkələyib. Bu oyun “sarı-göylər”in toplanış dövründə ilk yoxlama görüşü olubsa, tovuzlular bundan əvvəl “Qəbələ”nin 19 yaşlıları ilə səfərdə qarşılaşaraq qələbə qazanıblar.