• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 18.09.2020 12:10

Qabiliyyət imtahanları yekunlaşır

KepezTV Player

I-V ixtisas qrupları üzrə 59 minə yaxın elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi 20 sentyabr saat 23:59-dək davam edəcək. Müsabiqədə yalnız elektron ərizələrini təsdiq edən şəxslər iştirak edə biləcəklər.