• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 17.09.2020 16:26

"Neftçi" - GS qarşıdurmasında gəncəlilərin izi

KepezTV Player

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları çərçivəsində “Neftçi” Bakı Olimpiya Stadionunda “Qalatasaray”la qarşılaşacaq. Axşam saat 8-də başlayacaq görüşə maraq olduqca böyükdür. Bunun bir səbəbi “Bir millət, iki dövlət” ifadəsidirsə, digəri türk futboluna bəslənən azarkeş sevgisidir. Yeri gəlmişkən, bu, “Neftçi” ilə “Qalatasaray”ın ilk qarşılaşması deyil. Bakıdakı görüş tərəflər arasında sayca 3-cü olacaq.Gənc nəslin əvvəlki oyunlardan xəbərsiz olduğunu nəzərə alan həmkarımız Azad Rəfi tarixə səyahət edib.

“Neftçi” – “Qalatasaray” oyunları Azərbaycan futbolunun tarixinə unudulmaz görüşlər kimi daxil olub. Öncəki matçlar Sovet dövründə - komandamızın SSRİ birinciliyində çıxış etdiyi dövrlərə təsadüf edib. Və bakılılar 30 illik fasilə ilə reallaşan hər iki oyunda rəqibinə uduzmayıb. İlk belə oyun 1960-cı ildə baş tutub, özüdə Bakıda.

Yaz-payız sistemi ilə keçirilən SSRİ çempionatının dövrələrarası fasiləsində  paytaxtımıza gələn “Qalatasaray” burada üç gün qalıb. Türklər iyulun 11-də 50 min tamaşaçı önündə Respublika Stadionunda “Neftçi” ilə dostluq qarşılaşmasına çıxıb. Oyunda 3:1 hesabı ilə Azərbaycan komandası qələbə qazanıb. “Neftçi”nin qollarını bir futbolçu Kamil Eynullayev vurub.

Türkiyə klubunun nümayəndələri çıxışlarında Azərbaycanda isti və səmimi qarşılandıqlarını və qonaqpərvərlik gördüklərini bildiriblər.

Tərəflərin ikinci qarşılaşması isə 1990-cı ilin yanvarın 17-də Türkiyədə reallaşıb. SSRİ çempionatının I dəstəsində mübarizə aparan “Neftçi” yanvarın 12-də təlim-məşq toplanışı üçün İstanbula yola düşüb. Tərəflər məşhur “Ali Sami Yen” stadionunda qarşılaşıblar. Maraqlıdı ki, bəzi mənbələrdə qonaqların önünə “cim-bom”un əvəzedici heyətinin çıxdığı qeyd olunub. Görüş isə 2:2 hesabı ilə nəticələnib. Oyunda ilk qolu Gəncə futbol məktəbinin yetirmələri təşkil edib. 10-cu dəqiqədə Vidadi Rzayevin hava ötürməsindən sonra Yunis Hüseynov sərt zərbə ilə hesabı açıb. Bu oyunun gəncəli digər iştirakçısı, yaxınlarda dünyasını dəyişən Arzu Mirzəyev oyunun sonlarında qırmızı vərəqə alaraq penaltiyə və son nəticədə hesabın bərabərlışməsinə səbəb olub.  Adları çəkilənlərlə yanaşı, Vəli Qasımov da heyətdə yer alıb.